BAKI, 14 sentyabr. TELEQRAF
Rafinya “Barselona”da ən çox qazanan futbolçu ola bilər.
Teleqraf “El Nacional” nəşrinə istinadla xəbər verir ki, klub braziliyalı hücumçunun müqaviləsini 2028/29 mövsümünün sonuna qədər uzatmaq istəyir.
Məlumata görə, yeni sözləşmə ilə Rafinyanın illik maaşı 27 milyon avroya çatacaq. Bununla da o, Rodri ilə birlikdə “Barselona”nın ən yüksək maaş alan futbolçusu olacaq və Lamin Yamalı geridə qoyacaq.
Qeyd edək ki, Rafinya hazırda 16 milyon avro qazanır.