BAKI, 15 sentyabr. TELEQRAF

Niderlandın “Ayaks” klubu son olaraq İngiltərə təmsilçisi "Tottenhem"də çıxış etmiş Yves Bissoumanı heyətinə qatmağa hazırlaşır.

Teleqraf “De Telegraaf”a istinadən xəbər verir ki, hazırda azad agent statusu daşıyan 29 yaşlı yarımmüdafiəçi ilə artıq razılığa gəlinib.

Futbolçu artıq Amsterdamdadır və tibbi müayinədən keçir. Tərəflər arasında müqavilənin 2027-ci ilin ortalarına qədər olması, sənədə daha bir il uzadılma bəndinin əlavə edilməsi gözlənilir.

Qeyd edək ki, “Tottenhem” 2022-ci ildə Bissoumanı “Brayton”dan 30 milyon avroya transfer etmişdi. London təmsilçisi futbolçunun müqaviləsini uzatmayıb. Yarımmüdafiəçi London klubunun heyətində 111 oyun keçirib.

Bissouma 2024-cü ilin avqustunda “Snapchat”dakı paylaşımına görə klub tərəfindən cəzalandırılmışdı. Futbolçu daha sonra üzr istəyərək bunun “ciddi mühakimə səhvi” olduğunu bildirmiş və mövsümün sonunadək komandada qalmışdı.