BAKI, 15 sentyabr. TELEQRAF

Azərbaycan və Türkiyə regionda baş verən proseslər və təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb.

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüş zamanı yerləşdikləri geniş coğrafiyada baş verən proseslər, təhlükəsizlik vəziyyəti və ümumi regional çağırışlar müzakirə olunub.

Nazirin sözlərinə görə, regionda növbəti eskalasiya və münaqişələrin genişlənməsi ilə bağlı risklər, həmçinin bu çərçivədə Azərbaycan və Gürcüstanın ata biləcəyi mümkün addımlar barədə fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov məsələlərin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıb:

“Qafqazda son illərdə baş vermiş müsbət dəyişikliklərin qorunması və davam etdirilməsi üçün dövlətlər tərəfindən müəyyən addımlar atılmalıdır. Biz bu gün fikir mübadiləsi apardıq. Koordinasiya işinin bundan sonra da davam etməsini təmin edə bilərik”