BAKI, 27 yanvar. TELEQRAF

Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Marselonun oğlu Enso Alves “kral klubu" ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Madrid təmsilşisinin rəsmi saytında məlumat verilib.

16 yaşlı oyunçu 2017-ci ildən “Real Madrid”in akademiyasında çıxış edir. O, beynəlxalq arenada isə İspaniyanın yeniyetmələrdən ibarət komandalarında çıxış edir və hazırda U-17 millisinin üzvüdür.

Atasından fərqli olaraq hücumçu mövqeyində oynayır. Alves, hələlik “Real”ın əsas komandasında meydana çıxmayıb.