![](https://teleqraf.az/storage/2025/02/13/715x378/screenshot_2025-02-13_145523.png)
İSTANBUL, 13 fevral. TELEQRAF
Türkiyədən 75 milyon gül ixrac edilib.
Teleqraf-ın Türkiyə bürosunun məlumatına görə, 14 fevral Sevgililər Günü münasibətilə Türkiyədən Niderlanda, Böyük Britaniya və Almaniya başda olmaqla 30 ölkəyə 75 milyon gül göndərilib.
Gül istehsalçıları bu ixrac əməliyyatından 8-10 milyon dollar gəlir əldə etmələri nəzərdə tutulur.
Gül növləri arasında ən çox qərənfil ixrac olunur. Türkiyənin İsparta şəhəri bu sahədə xüsusilə fərqlənir. Şəhərin Kənd Təsərrüfatı Palatasının sədri Mustahattin Can Selçuk Teleqraf-a açıqlamasında bildirib ki, 200 hektarlıq ərazidə gül əkilir. Bu ərazidən 250 milyon qərənfil əldə olunacağı gözlənilir.
Türkiyə Statistika Təşkilatının məlumatına görə, son 5 ildə 270 hektar sahədən əldə olunan 500 milyona yaxın gül ixrac olunub.