BAKI, 13 fevral. TELEQRAF

"Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti balansında olan 8 ədəd köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiyası işləri üzrə layihələndirmə xidmətlərinin satınalınması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 310 min 639 manatdır.

Qeyd edək ki, müsabiqə ayın 25-nə kimi davam edəcək. Tenderdə iştirak haqqı isə 350 AZN-dir.