![](https://teleqraf.az/storage/2025/02/13/715x378/hasilat.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Ötən ilin ortalarında Azəri-Çıraq-Günəşli (AÇG) yatağında quraşdırılan yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olunub.
BP şirkətindən Teleqrafa-a verilən məlumata görə, ACE platformasından ilk neft 2023-cü ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edildi.
2024-cü il ərzində platformada daha iki hasilat quyusu istismara verilib. Bununla da ACE-dən hasilat artaraq ilin sonuna gündə təxminən 26 000 barelə çatıb.