![](https://teleqraf.az/storage/upload/715x378/81062555478264d797be1417160269_Qoyunlar Eyfel qülləsində.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Azərbaycan ötən il diri qoyun idxalını azaldıb.
Teleqraf-ın məlumatına görə, 2024-cü ildə 25 milyon 102,9 min dollar dəyərində 181 min 823 baş qoyun idxal edilib ki, bu da 2023-cü illə müqayisədə 138 min 720 baş azdır.
Azərbaycan 2023-cü ildən fərqli olaraq ötən il diri qoyun ixrac etməyib. 2023-cü ildə 10 baş diri qoyun ixarc edilmişdi.
Azərbaycan 3 ölkədən qoyun idxal edib: Qazaxıstan – 4284 baş, Rusiya 18110 baş, Gürcüstan 159429 baş.