![](https://teleqraf.az/storage/2024/03/17/715x378/yangin.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd elektrik sayğacı yanıb.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.