BAKI, 13 fevral. TELEQRAF

Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov olimpiya çempionu İman Xəlifin qurumu məhkəməyə vermək qərarını dəstəklədiyini bildirib.

Teleqraf IBA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, quruma əlcəzairli idmançının şikayəti əsasında gender testlərinin nəticələrini açıqlamağa imkan verəcəyini söyləyib.

“İman Xelifin IBA-ya qarşı iddia qaldıracağından məmnunuq, çünki Xelifin qadınların boks yarışlarında iştirak etmək hüququ olmadığını məhkəmədə sübut edə biləcəyik. Tomas Bax (Beynəlxalq Olimpiya Komitəsinin prezidenti - red.) əməllərinə görə qanun qarşısında şəxsən cavab verəcək”, - Kremlyov deyib.

Fevralın 12-də gender testindən keçə bilməyən Xəlif IBA-nı məhkəməyə vermək qərarına gəlib.

Qeyd edək ki, İman Xəlif 2023-cü ildə IBA-nın Hindistanda baş tutan dünya çempionatında iştirak etmək üçün gender testindən keçə bilməyib. Tayvan təmsilçisi Lin Yutinq də həmin çempionatı eyni səbəbdən buraxıb. Beynəlxalq Olimpiya Komitəsi daha sonra hər iki idmançının Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakına icazə verib. Xəlif 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.