![](https://teleqraf.az/storage/2024/11/25/715x378/ilham_liyev.jpg)
BAKI, 13 fevral. TELEQRAF
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinə yeni sədr təyin olunub.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fevralın 13-də sərəncam imzalayıb.
Sərəncama əsasən, Rüfət Nahid oğlu Mahmud bu qurumun rəhbəri təyin edilib.
Qeyd edək ki, Rüfət Mahmud Xəzər Universitetinin bakalavr, İqtisad Universitetinin (UNEC) magistratura pillələrini bitirib. 2006-2007-ci illərdə Sirakuz Universitetinin Maksvell Məktəbində təhsil alıb.
Rüfət Mahmud son təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan "SOCAR Rus" MMC-nin baş direktoru olub.
2019-22-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, 2009-18-ci illərdə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində işləyib.
Rüfət Mahmud, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İqtisadiyyat Nazirliyində işləyib.