TBİLİSİ, 13 FEVRAL. TELEQRAF

Avropa Parlamentində (AP) Gürcüstanla bağlı qətnamə qəbul edilib.

Teleqraf xəbər verir ki, sənədin lehinə 400 deputat, əleyhinə 63 deputat səs verib, 81-i isə bitərəf qalıb.

Qətnamədə bildirilib ki, AP Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının qanuni təmsilçisi hesab etməkdə davam edir. Sənəddə ötən ilin oktyabrın 26-da baş tutmuş parlament seçkiləri tənqid olunub, Avropa İttifaqına üzv ölkələr Gürcüstan hakimiyyətinin legitimliyini tanımamağa çağırılıb.

Bundan başqa, Aİ-nin üzv ölkələrinə və rəsmi nümayəndələrinə Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi çağırışı olunub. Qətnamədə Gürcüstan hakimiyyətinin nümayəndələri – Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, Tbilisi meri və hakim “Gürcü Arzusu” partiyasnın baş katibi Kaxa Kaladze və partiyanın sədri İrakli Qaribaşviliyə sanksiyaların tətbiqi tələb edilib.

Sənədə əsasən, Gürcüstan hakimiyyəti üçün nəzərdə tutulmuş 120 milyon avro ölkədəki QHT sektoru və müstəqil mediaya ayrılmalıdır.

Qeyd edək ki, Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze AP-nin bütün qətnamələrinin ölkə üçün heç bir dəyər kəsb etmədiyini bildirib.