![](https://teleqraf.az/storage/2025/02/13/715x378/54f99000-f7a5-4039-8335-9f65ce95e2a5_1510303869_1513833594_(1).jpg)
BAKI, 13 fevral. TELEQRAF
2024-cü ilin sonunda ölkədə ümumi olaraq 5000-ə yaxın vərəm xəstəsi aşkarlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
O bildirib ki, bu rəqəmə həm ilkin, həm də təkrar xəstə olanlar daxildir.
"Xəstələrdən 2500-ə yaxını ilkin, qalanları isə təkrar vərəm xəstəsi kimi qeydə alınıb. Onu da əlavə edim ki, 2019-cu ildə xəstələrin sayı 6500-dən artıq olub. Yəni son 5 ili müqayisə etdikdə xəstələrin sayı 2024-cü ildə 1500 nəfər azalıb",- İradə Axundova vurğulayıb.