![](https://teleqraf.az/storage/2025/02/13/715x378/whatsapp_image_2025-02-13_at_16.11.34.jpg)
BAKI, 13 fevral. TELEQRAF
"Təəssüflər olsun ki, ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub".
Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin fevralın 13-də Donald Trampa və İlon Maska ünvanladıqları müraciətdə yer alıb.
Qeyd olunub ki, Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAID-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib:
"USAID qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-ın bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub. İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-nin müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir. Ümid edirik ki, siz USAID-in Azərbaycandakı cinayətlərinə də nəzər salacaq, ayrılmış qrantların təftişinin aparılmasına göstəriş verəcəksiniz. 600-dən çox üzv QHT-yə malik təşkilat kimi Azərbaycan ictimaiyyətinin belə bir araşdırmanın nəticələrini, qrant dəllal və dələduzlarının de-şifrəsini səbirsizliklə gözlədiyini ifadə edirik".