BAKI, 13 fevral. TELEQRAF

Pakistanın paytaxtı İslamabad şəhərində prospektlərdən birində yerləşən kəsişməyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı verilib.

Teleqraf xəbər verir ki, Pakistan Baş naziri Şahbaz Şərif ölkəsində səfərdə olan Türkiyə prezidentinə “Rəcəb Tayyib Ərdoğan” adlı kəsişmənin lövhəsini təqdim edib.

Tikintisinə 2024-cü il noyabrın 5-də başlanan və 42 günə inşa edilən kəsişmə həmin ilin dekabrında istifadəyə verilib.