BAKI, 13 fevral. TELEQRAF
Ötən il Quba xüsusi peşə məktəbinin fəaliyyəti qeyri-qənaətbəxş hesab edilib.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında yer alır.
Qeyd olunub ki, ötən il ümumilikdə 15 uşaq müəssisəsində monitorinqlər keçirilib və nəticələri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumatlar təqdim olunub.
14 uşaq müəssisəsinin fəaliyyəti qənaətbəxş, 1 müəssisənin - Quba xüsusi peşə məktəbinin fəaliyyəti isə qeyri-qənaətbəxş hesab edilib.