BAKI, 13 fevral. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya" mövzusunda keçirilən forumla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, nazir forumda sahibkarlıq mühitinin inkişafında şəffaflığın və səmərəli əməkdaşlığın əhəmiyyətinə mühüm yer verildiyini qeyd edib.
“İqtisadi tənzimləmədə vergi orqanlarının artan rolu, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsində vergi islahatlarının əhəmiyyəti, biznes mühiti üçün təşviqlər, vergi sisteminin yeni keyfiyyətə transformasiyası və rəqəmsal innovasiyaların tətbiqinin üstünlükləri barədə fikirlərimizi bölüşdük"- deyə, M.Cabbarov paylaşımında bildirib.
Nazir eyni zamanda Forum çərçivəsində nümunəvi fəaliyyətə görə təltif edilən vergi ödəyicilərini təbrik edib, vergi öhdəliklərini şəffaf və vicdanla yerinə yetirdikləri üçün təşəkkür edib.