BAKI, 13 fevral. TELEQRAF

Əgər ABŞ və İsrail onları vurmağa cəsarət etsə, İran daha çox nüvə obyektləri tikəcək.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Onlar (ABŞ və İsraili nəzərdə tutur – red.) nüvə mərkəzlərimizi vurmaqla hədələyirlər. Binaları vura bilərlər, amma onları tikən beyinləri vura bilməzlər. Yüz mərkəzi vursunlar, əvəzində mini tikiləcək”, - İran prezidenti bildirib.