![](https://teleqraf.az/storage/2025/02/13/715x378/mikayil-cabbarov.jpg)
BAKI, 13 fevral. TELEQRAF
2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi xdiməti 25 - Davamlı inkişaf və transformasiya" adlı Forumda bildirib.
"Əmək bazarında təşviq mexanizminə əsaslanan vergi islahatlarının nəticələri ABŞ-nin nüfuzlu Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitet tərəfindən aparılan təhlillər də göstərir ki, islahatlar iqtisadiyyatın “ağardılması”, bizneslərin leqallaşması baxımından səmərəli olub, eyni zamanda qeyri-neft sektorunda iqtisadi aktivliyi stimullaşdırıb. Azərbaycan eyni məsələlərlə qarşılaşan digər ölkələr üçün uğurlu nümunə hesab edilib",- deyə nazir qeyd edib.