BAKI, 13 fevral. TELEQRAF

2024-cü ildə "Şahdəniz" yatağından ümumilikdə - "Şahdəniz" "Alfa" və "Şahdəniz" "Bravo" platformalarından birlikdə təqribən 28 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib.

Teleqraf xəbər verir ki, bu barədə BP-nin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.

Hesabat dövründə 2024-cü il ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.

Qeyd edək ki, Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).