BAKI, 13 fevral. TELEQRAF

Bakının 28 May küçəsində velosiped zolağına çıxan avtomobilin sürücüsüilə bağlı tədbir görülüb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, həmin sürücünün barəsində qanuna müvafiq tədbir həyata keçirilib.

***

10:31

Bakının mərkəzində avtomobil velosiped zolağına çıxaraq təhlükəli vəziyyət yaradıb.

Teleqraf-ın əldə etdiyi videodan görünür ki, "Mercedes" markalı 10-NY-090 dövlət nişanlı avtomobil 28 May küçəsində velosiped zolağına çıxıb.

Sürətlə hərəkət edən avtomobil təhlükəli vəziyyət yaradıb.

Hadisənin görüntülərini təqdim edirik: