BAKI, 13 fevral. TELEQRAF
Vəzifəsinin icrasında başladıqdan sonra hökumət qurumlarında dövlət xərclərini azaltmaq üçün bir çox tədbirlər həyata keçirən ABŞ Prezidenti Donald Tramp bu dəfə Təhsil Nazirliyini hədəfə alıb.
Teleqraf xəbər verir ki, jurnalistlərə açıqlama verən Tramp Təhsil Nazirliyinin bağlanmasının lazım olduğunu bildirib.
“Təhsil Nazirliyinin hansı müddətdə bağlanmasını istəyirsiniz” sualına prezident belə cavab verib:
“Dərhal bağlanmasını istəyirəm. Təhsil Nazirliyində böyük qanunsuzluqlar var”.
Tramp qurumun səmərəliliyini də şübhə altına alıb:
“Dünyanın ən yaxşı 40 ölkəsinin adı açıqlanıb, biz 40-cı yerdəyik. Ancaq belə bir məsələdə - tələbələr üçün xərclərdə bir nömrəyik. Amma 40-cı yerdəyik. 38-40 arasında idik, sonuncu dəfə yoxlayanda 38-ci yerdəydik. İki gün əvvəl yeni siyahıya baxdım, 40-cıyıq”.
ABŞ-ni təhsil baxımından digər ölkələrlə müqayisə edən Tramp deyib:
“Norveç, Danimarka, İsveç... Bunu söyləməyə nifrət edirəm, amma Çin həmişə ilk 5-likdə olur, o, bizim əsas rəqibimizdir. Əgər 40-cı yerdəyiksə, bu, o deməkdir ki, nəsə səhvdir, elə deyilmi?”