BAKI, 13 fevral. TELEQRAF

Mərkəzi Bank (AMB) valyuta mübadilə məntəqələri olan "Bakı Mərkəzi Valyuta" və "Eliko" MMC-lərini cərimələyib.

Bu barədə Teleqraf-a Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar "Bakı Mərkəzi Valyuta" MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 manat məbləğində, "Eliko" MMC-nin vəzifəli şəxsi isə 1 500 manat məbləğində cərimə edilib.

Mərkəzi Bank eyni zamanda valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar “Eliko" MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 manat məbləğində cərimə edilib.