![](https://teleqraf.az/storage/2022/04/13/715x378/mikayl_cabbarov.jpg)
BAKI, 13 Fevral. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə vergi güzəştləri tətbiq olunan sahələri açıqlayıb.
Teleqraf xəbər verir ki, "Vergi xdiməti 25 - Davamlı inkişaf və transformasiya" adlı Forumda nazir, işğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasına görə təşviqlər, həssas sosial təbəqələr üçün güzəştlər, özəl sektoru stimullaşdıran addımlar, sənaye parklarında rezidentlər üçün azadolmalar, startaplar üçün stimullar, ekoloji mühiti inkişaf etdirən vergi güzəştlərini qeyd edib.
"Bunlar ölkəmizdə iqtisadi aktivliyə, sosial rifaha və qeyri-neft sektorunun inkişafına təkan verən mühüm islahatlar paketini təşkil edir",- deyə Mikayıl Cabbarov qeyd edib.