BAKI, 13 fevral. TELEQRAF

Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar ayında 27,2 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 8,2 min şəxs münasib işlərlə təmin olunub, 577 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

112 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 18,3 min şəxsə peşəyönümlü xidmətlər göstərilib.