![](https://teleqraf.az/storage/2021/07/12/715x378/kelbecerrreeeerrr.png)
KƏLBƏCƏR, 13 Fevral. TELEQRAF
Kəlbəcərdə tələbənin ölümü ilə nəticələnən bədbəxt hadisənin təfərrüatları məlum olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, əslən adıçəkilən rayonun Keşdək kəndindən olan və Goranboyun Qaraçinar kəndində məskunlaşmış Elvin Salmanov Kəlbəcər şəhərində qayadan yıxılaraq ölüb.
Yaxınlarının sözlərinə görə, o, ailəsi ilə birlikdə ata yurdunu ziyarətə gedib. Daha sonra rayonun mərkəzinə gəliblər. Orada hündür qayalıq əraziyə çıxan gənc oğlan yıxılaraq həyatını itirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbəsi olan E.Salmanov ailənin son beşiyi idi. Mərhumun bir bacısı və bir qardaşı var.