BAKI, 13 Fevral. TELEQRAF

2024-cü il ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 81 milyon dollar, əsaslı xərclər isə təxminən 20 milyon dollar olub.

Teleqraf xəbər verir ki, bu barədə BP-nin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.

Bildirilib ki, il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,8 milyon kubmetr olub.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).