![](https://teleqraf.az/storage/2021/02/18/715x378/btc.jpg)
BAKI, 13 fevral. TELEQRAF
2024-cü il ərzində Bakı-Tiblisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 146 milyon dollar, əsaslı xərclərə isə 44 milyon dollar vəsait xərclənib.
Teleqraf xəbər verir ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 591 milyon ton (4,4 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 5862 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
2024-cü ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 29 milyon ton (təxminən 223 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 305 tankerə yüklənmiş və yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.