![](https://teleqraf.az/storage/2019/08/27/715x378/sigorta-sosial-si.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Bu ilin yanvar ayı ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən təqribən 69 milyon manat və ya 10,21% çox olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, yanvar ayında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 744 milyon manat vəsait ödənilib.