BAKI, 13 fevral. TELEQRAF

İqtisadi siyasətdə şaxələndirmə mühüm yer tutur. Qlobal çağırışlar və regional reallıqlar bu prosesi sürətləndirməyi diktə edir.

Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi xdiməti 25 - Davamlı inkişaf və transformasiya" adlı Forumda çıxışı zamanı deyib.

O bildirib ki, uğurlu diversifikasiya investisiya, bilik və bacarıqların çevik inteqrasiyasını tələb edir: "Son dövrlərdə bilik, texnologiya və təcrübələrin transformasiyası sahəsində fəaliyyətimizi genişləndirmişik".

Nazir əlavə edib ki, iqtisadiyyatda dayanıqlı artım transformasiya enerji keçidi şəraitində baş verir: "Yaşıl enerji sahəsində ölkəmizin pozitiv beynəlxalq mövqeyi var. Nüfuzlu şirkətlərlə reallaşdırılan layihələr etibarlı tərəfdaş olduğumuzu təsdiqləyir".