![](https://teleqraf.az/storage/2025/02/13/715x378/479496494_18304138969228292_5318705498840916508_n.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Türkiyənin Antalya şəhərində taekvondo üzrə G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turniri keçirilir.
Teleqraf xəbər verir ki, yarışda Azərbaycan milli komandasının üzvləri Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medala layiq görülüblər.
Medala gedən yolda Kərimov 4, Bədrialiabadi və Ağayev 3 rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.