Bakı,13 fevral. TELEQRAF

2024-cü ildə Azəri-Çıraq-Günəşli-dən (AÇG) ümumilikdə 342,000 barel gündəlik hasilat əldə edilib.

Teleqraf xəbər verir ki, bu barədə BP-nin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.

Bildirilib ki, AÇG-dən 2,5 milyard kubmetr səmt qazı Azərbaycan dövlətinə təhvil verilib, bu da illik 25% artım deməkdir. Xəzərdəki yeni ACE platformasında ilk neft 2024-cü ilin aprel ayında hasil edilib, və ilin sonuna qədər gündə 26,000 barel hasilat artıb.

AÇG-də sərbəst təbii qaz (STQ) ehtiyatlarının işlənməsi üçün yeni bir saziş imzalanıb və gələcəkdə qaz hasilatının artırılması məqsədilə ilkin quyu qazılır. İlin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı quyusu və 46 su injektoru quyusu istismarda olub.

BP-nin operatorluğu altında Azəri-Çıraq-Günəşli-də (AÇG) təqribən 535 milyon dollar əməliyyat və 1,293 milyon dollar əsaslı məsrəflər sərf edilib.

Qeyd edək ki, AÇG üzrə tərəfdaşlar arasında pay bölgüsündə BP (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%) tərəfdaşlar yer alır.