![](https://teleqraf.az/storage/2025/02/12/715x378/kepez.jpg)
BAKI. 12 fevral. TELEQRAF
AFFA “Kəpəz”i 700 manat cərimələyib.
Teleqraf xəbər verir ki, bu gün keçirilən İntizam Komitəsin iclasının qərarına görə, buna səbəb Azərbaycan Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Kəpəz” oyununda qonaqların heyətində 4 nəfər sarı vərəqə almasıdır.
Qeyd edək ki, fevralın 10-u keçirilən “Araz-Naxçıvan” – “Kəpəz” qarşılaşması 0:0 hesablı heç-heçə ilə bitib.