![](https://teleqraf.az/storage/2024/04/09/715x378/xin.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Azərbaycan, Ermənistanın yaşayış məntəqələrini və təbii mühiti kütləvi şəkildə məhv etməsinə görə bu ölkədən tam təzminat tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bildirib.
Açıqlamada bildirilib ki, bu tələblər arasında Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinə göstərdiyi mənfi təsirlər də yer alır. Xüsusilə, meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz ağac kəsimi, mədənçilik və su elektrik stansiyalarının tikintisi kimi addımların bölgənin təbiətinə vurduğu zərərə diqqət çəkilib.
Həmçinin, fevralın 12-də Azərbaycan tərəfi Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında "Bern Konvensiyası" əsasında Ermənistan əleyhinə iddia sənədini təqdim edib. İddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərini çoxsaylı pozuntuları ətraflı şəkildə yer alıb.