![](https://teleqraf.az/storage/2020/10/24/715x378/medvedev.png)
BAKI, 13 fevral. TELEQRAF
ABŞ dünyada əsas ölkə ola bilməz.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“ABŞ dünyada əsas ölkə ola bilməz. Dünyamız kiçik və qarşılıqlı asılı olsa da, heç bir ölkə əsas və ya planetin baş hökmdarı ola bilməz”, - o vurğulayıb.
Medvedev həmçinin qeyd edib ki, əlaqələr və məsləhətləşmələr özünü şişirdərək tərifləməkdən daha vacibdir.
Xatırladaq ki, keçən gün Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışıqı olub. Dmitri Medvedev bildirib ki, bu danışıq xüsusilə iki ölkə arasındakı münasibətlərin gərginləşməsi fonunda böyük əhəmiyyət kəsb edir.
"Hər iki liderin görüşü, dünyanın Apokalipsis həddində olduğu bir vaxtda baş tutub, çünki iki güclü dövlətin münasibətləri çoxdan pozulmuşdu",- o qeyd edib.