BAKI, 13 fevral. TELEQRAF

Amerika Birləşmiş Ştatları (ABŞ) başqa ölkələrin daxili işlərinə qarışmaqdan çəkinməli və diqqətini öz daxili problemlərinə yönəltməlidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask Dubayda keçirilən Dünya Hökumət Sammitində bildirib.

Onun sözlərinə görə, ölkədə uzunmüddətli iqtisadi artımı təmin etmək üçün dövlət xərclərini azaltmaq lazımdır.

"Birləşmiş Ştatlar beynəlxalq məsələlərdə iddialı olub. Düşünürəm ki, biz, ümumiyyətlə, başqa ölkələrin işlərini öz ixtiyarına buraxmalıyıq. Amerika öz işləri ilə məşğul olmalı, digər ölkələrdə rejim dəyişikliyini təşviq etməyə çalışmamalıdır", - Mask vurğulayıb.

“Tesla” şirkətinin qurucusu, səmərəsiz xərcləri aradan qaldırmaqla ABŞ-nin büdcə kəsirini 2 trilyon dollardan 1 trilyon dollara endirməyin mümkün olduğunu da qeyd edib.