BAKI, 12 fevral. TELEQRAF

2033-cü ildə UEFA Çempionlar Liqasının bir neçə oyunu, o cümlədən turnirin finalı ABŞ-də keçirilə bilər.

Teleqraf "The Independent" istinadən xəbər verir ki, UEFA 2027-ci ildən ABŞ-nin "Relevent Sports" şirkəti ilə klub yarışları üçün kommersiya hüquqları müqaviləsi bağlamağı planlaşdırır.

"Relevent Sports" uzun müddətdir ki, ABŞ-də Avropanın əsas matçlarını keçirməyə çalışan "Mayami Dolfins"in sahibi Stiven Rossa məxsusdur.

Hələ ötən ilin aprelində UEFA-nın avrokubok oyunlarının başqa qitələrdə keçirilməsini qadağan edən siyasətini dəyişməyi nəzərdən keçirəcəyi bildirilmişdi.

Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün finalı Almaniyanın Münhen şəhərində yerləşən "Allianz Arena"da baş tutacaq.