
BAKI, 7 aprel. TELEQRAF
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada daşqın nəticəsində 30 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, daşqın nəticəsində çox sayda insan xəsarət alıb. Sakinlə təhlükəli ərazilərdən təxliyə edilib.