
BAKI, 7 aprel. TELEQRAF
Finlandiya hökuməti Ukraynanın vergi sistemini yaxşılaşdırmaq və dəstəkləmək üçün 1.6 milyon avro ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Finlandiyanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanıb.
"Ukraynanın Dövlət Vergi Xidmətinin (DVX) inamın artırılması layihəsi Ukraynanın daxili gəlir bazasının gücləndirilməsinə və xarici maliyyə dəstəyinə olan asılılığın azaldılmasına yönəlib. Layihə 2025-2028-ci illər arasında həyata keçiriləcək və onun icrası üçün Finlandiya 1.6 milyon avro ayrılacaq. Finlandiyanın vergi orqanları və DVX bu layihəni birgə həyata keçirəcək və məqsəd, Ukraynanın daha effektiv və şəffaf vergi sistemini qurmaq və ölkədəki özəl sektorun fəallığını artırmaqdır”, - məlumatda deyilir.