BAKI, 7 aprel. TELEQRAF

Rusiya qoşunları bütün cəbhə xətti boyunca irəliləyirlər, onların hücum potensialının tükəndiyini söyləmək olmaz.

Teleqraf xəbər verir ki, bunu Ukrayna ordusunun “Azov” xüsusi təyinatlı briqadasının zabiti İlya Samoylenko deyib.

“Hücum dayanmayıb. Əgər dayanıbsa, harada dayandırıldığını mənə göstərin? Bəlkə Liman istiqamətində? Düşmən düşmən Yampolivka, Terniv istiqamətlərində irəliləyir. Pokrovsk istiqamətində xətti sabitləşdirə biliblər. Amma ruslar başqa istiqamətlərdə hücum əməliyyatları hazırlayırlar. Ruslar hər həmlələrində sərhədi keçə bilmirlər, amma demək olmaz ki, onların hücum potensialı tükənib”, - zabit bildirib.

Samoylenko Rusiya ordusunun daha irimiqyaslı hücumu barədə xəbərdarlıq da edib.