BAKI, 7 aprel. TELEQRAF

Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında Gimnaziada davam edir.

Teleqraf xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə yarış keçirilib.

Gimnaziadaya məşqçilər Əbilfət Məmmədov və İlham Vezirovun rəhbərliyi altında yollanan Azərbaycan milli komandasının 9 üzvü fəxri kürsüyə qalxıb.

Yunan-Roma güləşçiləri Serbiyada 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Hüseyn Əmrahlı (38 kq), İsfahan Həsənov (75 kq) və Zöhrab Səfərov (85 kq) qızıl, Əli Cavadlı (41 kq) ilə Amin Məmmədov (44 kq) gümüş, Abdurrahman Hüseynli (48 kq), Qurban Məcnunov (52 kq), Eldəniz Allahverdiyev (57 kq) və Əli Məmmədov (68 kq) bürünc medala layiq görülüb.