BAKI, 7 aprel. TELEQRAF

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklə bağlı qanunu imzalayıb.

Bununla da Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.

Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.