
BAKI, 7 aprel. TELEQRAF
"ABŞ Ukraynanı iki seçimlə qarşı-qarşıya qoymağı planlaşdırır, ya Rusiya şərtləri ilə sülh sazişi imzalamaq, ya da Vaşinqtonun kəşfiyyat və logistika dəstəyindən tamamilə imtina etmək".
Teleqraf xəbər verir ki, bu barədə "Daily Telegraph" məlumat yayıb.
Neşr qeyd edir ki, ABŞ Ukraynanı ultimatum qarşısında qoyacaq, Prezident Donald Trampın vasitəçiliyi ilə Rusiyanın şərtlərinə uyğun sülh sazişini imzalayacaq, ya da bundan sonra heç bir kəşfiyyat və logistika dəstəyi almayacaq.