
BAKI, 7 aprel. TELEQRAF
İranda muhafizəkarlara aid "Keyhan" qəzetində dərc edilmiş yazı hökumətin narazılığına səbəb olub.
Teleqraf xəbər verir ki, qəzetdə "General Qasım Süleymaninin intiqamı üçün ABŞ Prezidenti Donald Tramp bu günlərdə başından güllələnəcək" ifadəsi Mətbuata Nəzarət Şurası tərəfindən pislənilib və qəzetə xəbərdarlıq edilib. Şura qəzetdə getmiş yazını "İranın maraqlarına və təhlükəsizliyinə zidd" adlandırıb.
Xəbərdarlıqda o da qeyd olunub ki, Qasım Süleymaninin qətlində Tramp da daxil olmaqla, şübhəli bilinən bütün şəxslər hüquq qarşısında cavab verməlidirlər.