
BAKI, 7 aprel. TELEQRAF
“Hizbullah” silahlı qruplaşmasının artilleriya bölməsinə rəhbərlik edən Məhəmməd Adnan Mənsurun Livanın cənubuna endirilən dəqiq hava zərbəsi nəticəsində öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, sözügedən şəxs Livanın cənubundakı Ət-Teybi yaşayış məntəqəsində yerləşən artilleriya bölməsinə rəhbərlik edib və son dövrlərdə İsrailin Yuxarı Qalileyə bölgəsinə çoxsaylı hücumların təşkilində birbaşa iştirak edib.
“İsrail Müdafiə Qüvvələri vətəndaşlarının təhlükəsizliyinə yönəlmiş istənilən təhdidi aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək”, - ordunun açıqlamasında qeyd olunub.