
BAKI, 7 aprel. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həbsxanada PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşən Xalqların Birliyi və Demokratiya Partiyasının (DEM) heyətini qəbul edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik məlumat verib.
“Prezidentimiz görüş xahişini məqsədəuyğun hesab etdiyini bildirmişdi. Bu həftə ərzində görüş məsələsinə baxıla bilər”, - AKP rəsmisi deyib.
Xatırladaq ki, Abdullah Öcalan fevralın 27-də DEM nümayəndə heyəti ilə görüşdən sonra PKK-nı tərksilah olmağa və özünü buraxmağa çağırmışdı.