
BAKI, 7 aprel. TELEQRAF
ABŞ-nin yeni rüsum tariflərindən sonra Sinqapur fond bazarı yeddi faizdən çox aşağı düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunur ki, Yaponiya, Cənubi Koreya və Avstraliya şirkətlərinin də səhmlərində eniş qeydə alınıb.
Agentlik bildirir ki, bu, ABŞ Prezidenti Donald Trampın bir sıra ölkələrdən gələn mallara rüsum tətbiq etmək qərarı ilə bağlıdır.