
BAKI, 7 aprel. TELEQRAF
ABŞ-də "TikTok"un alınması ilə bağlı razılaşma Tramp administrasiyası tərəfindən tətbiq edilən ticarət tarifləri səbəbindən pozulub.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib.
"Çin tariflərə görə şərtləri dəyişdi. Mən tarifləri bir az da aşağı salsaydım, 15 dəqiqəyə bu razılaşmanı təsdiq edərdilər", - o qeyd edib.
Tramp vurğulayıb ki, baş verənlər “tariflərin gücünü” nümayiş etdirir.
Aprelin 4-də Tramp ölkədə "TikTok" xidmətinin fəaliyyətini daha 75 gün uzatmaq qərarına gəlib.