BAKI, 7 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir, amma bunun üçün bir sıra məsələlərin həll edilməsi gərəkdir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident Putin həqiqətən, atəşkəsin vacibliyi ideyasını dəstəkləyir. Lakin bunun üçün bir sıra suallara cavab vermək lazımdır. Bu suallar hələ açıq qalıb və onlara hələ heç kim cavab verməyib", - o qeyd edib.