
BAKI, 7 aprel. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Abu Dabi şəhərində bir sıra yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulur.